"Liverpul"un futbolçusu ilin sonuna kimi oynamayacaq

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.

Əlavə edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.