"Liverpul"un üzvü Cerrardın komandasına keçdi

Stiven Cerrardın baş məşqçisi olduğu “Reyncers” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Qlazqo təmsilçisi Cerrardın sabiq komandası “Liverpul”dan Rayan Kenti transfer edib. 22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son mövsümü "Reyncers"də icarə əsasında oynayan Kent Şotlandiyada ilin ən yaxşı gənc futbolçusu seçilmişdi.