Lozano "ən yaxşı" seçildi

DÇ-2018-in ilk turu çərçivəsində keçirilən Almaniya - Meksika duelinin ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Mərkəzi Amerika təmsilçisinin üzvü İrvinq Lozano oyunun qəhrəmanı elan olunub.

Qeyd edək ki, Meksikanın 1:0 hesabı ilə qalib gəldiyi oyunda qolu məhz İ.Lozano vurub.