Luçesku Ramil Şeydayevin komandasına gəlir

Mirça Luçesku Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" (Moskva) komandasının baş məşqçisi olmağa razılıq verib.

Sportline.az xəbər verir ki, bu barədə "Sport24" nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu bildirib. O, hələlik bəzi təşkilati məsələlərin həll olunduğunu söyləyib: “Hazırda Mirça ilə Dinamo arasında danışıqlarda fasilə yaranıb. Luçesku Dinamoya rəhbərlik etmək istəyir. Biz öz razılığımızı vermişik. Lakin indi bəzi təşkilati məsələlər həll olunur”.

Luçesku bu ilin fevralında Türkiyə millisinin baş məşqçisi postundan göndərilib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının XII turunda “Orenburq”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “Dinamo”nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Komanda müvəqqəti olaraq Kirill Novikova tapşırılıb. Moskva təmsilçisi 12 turdan sonra 10 xalla 15-ci sıradadır.