Luis Suares: "O hadisədən sonra psixoloqlara getdim"

Luiz Suarez  2014-cü il iyunun 24-də Braziliyada keçirilən dünya çempionatının  İtaliya-Uruqvay oyununda rəqib komandanın müdafiəçisi Corc Kiellininin çiynini dişləmişdi.

Sportline.az xəbər verir ki, “Barselona”nın hücumçusu bu barədə yenidən danışıb.

“Foks Sport”a müsahibə verən uruqvaylı həmin epiozoddan sonra hərəkətinin səhv olduğunu qəbul etmədiyini söyləyib. O, daha sonra psixoloqlara getdiyini və həmin hadisənin həyatında böyük rol oynadığını söyləyib.