"Lujniki"nin Mundial hekayəsi

Rusiyada keçirilən Dünya çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, artıq sabah Mundialda yarımfinal mərhələsi start götürəcək.

Final isə Moskvanın möhtəşəm "Lujniki" arenasında keçiriləcək. 

78 min azarkeş tutumu olan stadion DÇ-2018-in 12 arenasından biridir. Moskvanın ən böyük arenası indiyədək 5 oyuna ev sahibliyi edib. Yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - İngiltərə dueli də "Lujniki"də təşkil olunacaq. Beləliklə, finalla birlikdə bu stadionda Mundial müddətində 7 oyun keçiriləcək. 

Bu günədək isə "Lujniki"də bu hesablar qeydə alınıb:

1-ci tur: Rusiya 5:0 Səudiyyə Ərəbistanı

1-ci tur: Almaniya 0:1 Meksika

2-ci tur: Portuqaliya 1:0 Mərakeş

3-cü tur: Danimarka 0:0 Fransa

1/8 final: İspaniya 1:1 Rusiya (Pen.: 3:4)

Qeyd edək ki, DÇ-2018-in final oyunu iyulun 15-də olacaq. Həlledici görüşün iştirakçıları yarımfinal mərhələsində keçiriləcək Fransa - Belçika və Xorvatiya - İngiltərə duellərindən sonra müəyyənləşəcək.