Lukaku "Yuventus"a keçir?

"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirə bilər. SportLine.az xəbər verir ki, Belçika millisinin üzvü İtaliyaya köçmək niyyətindədir.

"Sun" nəşrinin məlumatına görə, 25 yaşlı hücumçu Premyer Liqada xoşbəxt deyil. Onun "Yuventus"la danışıqlar apardığı və cari mövsümün sonunda Turin təmsilçisinə keçəcəyi bildirilir. 

Qeyd edək ki, R.Lukakunun 2022-ci ilədən "qırmızı şeytanlar"la müqaviləsi var. Buna görə, "Yuventus", həm də "Mançester Yunayted"in futbolçunun keçidi ilə bağlı tələbi yerinə yetirməlidir.