Lukas Moura daha 5 il "Tottenhem"də

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Şimali London təmsilçisi braziliyalı futbolçusu Lukas Mouranın müqaviləsini uzadıb. 26 yaşlı vingerlə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

"Tottenhem" Braziliya millisinin üzvünü 2018-ci ilin yanvarında PSJ-dən 28,4 milyon avroya transfer etmişdi.