Macarıstan - Azərbaycan görüşünün hakimi məlumdur

Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb. 

Sportline.az xəbər verir ki, baş hakim Hollandiya Futbol Federasiyasından Dennis Higler olacaq.

Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-ü Budapeştdəki "Groupama Arena"da keçiriləcək oyun, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.