Macarıstanın heyətində daha iki itki

Macarıstan seçmə komandasının daha iki üzvü zədələnib.

Sportline.az xəbər verir ki, müdafiəçilər Beşe Barnabaş və Tamaş Kadar da Avro-2020-nin təsnifat mərhələsində millimizlə Bakıdakı oyunu buraxacaq.Hər iki futbollçunun zədəli olduğu bildirilir. 

Qeyd edək ki, komandanın hücumçusu Şoter Donat da eyni səbəbdən kənarda qalacaq. 

Azərbaycan - Macarıstan matçı sabah saat 20:00-da başlanacaq.