Madrid "Real"ının futbolçusu Bakıda

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıdadır. 

Sportline.az xəbər verir ki, Xorvatiya millisinin və Madrid "Real"ının yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi"  arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.

Onunla yanaşı, futbol ulduzları - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də paytaxtımızdadır.