Mahir Emreli millinin oyununu buraxa bilər
Mahir Emreli milli komandanın qarşıdakı oyunlarını buraxa bilər.
Sportline.az xəbər verir ki, "Sabah"la bugünkü qarşılaşmada məcburiyyətdən əvəzlənən hücumçunun topuğu şişib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun sözlərinə görə, Emrelinin zədəsi ilkin baxışdan ciddi təsir bağışlayır.
Onun vəziyyətinə sabahkı müayinədən sonra tam aydınlıq gətiriləcək.