Mahir Emrelinin durumu bəlli oldu

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi” ilə oyunda zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emrelinin əzələsində dartılma olduğu aşkarlanıb.

Sportline.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mahir "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda başlanacaq.