Mahir Mədətov soyadı ilə atasının adından imtina etdi

Millimizin və "Qarabağ"ın üzvü Mahir Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib.

Sportline.az xəbər verir ki, onun soyadı "Emreli", ata adı isə "Mahir" olaraq qeyd olunub.

Qeyd edək ki, Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Deyilənlərə görə futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.