Mahir Mədətov zədələdiyi futbolçunu ziyarət etdi

“Qarabağ”ın hücumçusu Mahir Mədətov “Keşlə” ilə görüşdə toqquşaraq zədələdiyi qapıçı Şahin Zəkiyevi ziyarət edib. 

Sportline.az xəbər verir ki, Mədətov xəstəxanada Zəkiyevlə foto çəkərək öz sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, “Qarabağ” - “Keşlə” görüşündə Ağdam təmsilçiləri 3 cavabsız qolla qalib gəliblər.