Mahrez futboldan gedir?
"Lester"in futbolçusu Riyad Mahrez futbolla vidalaşmaq barədə qərar qəbul edib. SportLine.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb.
"Bir çox həkimlə məsləhətləşdikdən sonra futboldan uzaq qalmaq barədə qərar qəbul etdim", - deyən futbolçu "Lester" azarkeşlərinə təşəkkürünü bildirib: "Hər kəsə mənə göstərdiyi dəyər və dəstəyə görə təşəkkürümü bildirirəm. Siz həmişə qəlbimdə yaşayacaqsınız".
"Lester" klubu isə, hələ ki, bu barədə rəsmi məlumat yaymayıb.
Ehtimallara görə, futbolçunun sosial şəbəkə hesabı oğurlanıb.