Mahrez "Mançester Siti"yə keçir
"Lester"in futbolçusu Riyad Mahrez karyerasını "Mançester Siti"də davam etdirəcək. SportLine.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Xəbərə görə, "şəhərlilər" 27 yaşlı futbolçu ilə razılıq əldə ediblər. "Lester" isə futbolçunun keçidi üçün 75 milyon funt-sterlinq istəyir. "Mançester Siti"nin bu məbləği ödəməyə hazır olduğu deyilir. R.Mahrezin yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, R.Mahrez 2014-cü ildən "Lester"in şərəfini qoruyur.