Makedoniya millimizlə oyun üçün heyəti açıqladı

Makedoniya millisinin Finlandiya və Azərbaycan seçmələri ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. 

Sportline.az xəbər verir ki, baş məşqçi İqor Angelovski toplanışa 19 futbolçu dəvət edib. 

Qapıçılar: Stole Dimitriyevski ("Ximnastik”, İspaniya), Deyan İliyev ("Arsenal”, İngiltərə)

Müdafiəçilər: Stefan Ristovski ("Sportinq”, Portuqaliya), Qyoko Zaykov ("Şarlerua”, Belçika), Kristian Toşevski, Darko Belkovski (hər ikisi "Vardar”), Kire Ristevski ("Vaşaş”, Macarıstan), Visar Musluy ("Şkendiya”)

Yarımmüdafiəçilər: Arian Ademi ("Dinamo” Zaqreb, Xorvatiya), Enis Bardi ("Levante”, İspaniya), Stefan Spirovski ("Ferentsvaroş”, Macarıstan), Boban Nikolov ("Videoton”, Macarıstan), Ezcan Alioski ("Lids”, İngiltərə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya”)

Hücumçular: Qoran Pandev ("Cenoa”, İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi "Palermo”, İtaliya), İvan Triçkovski (AEK, Kipr)

Qeyd edək ki, Finlandiya ilə oyun martın 23-də, Azərbaycanla matç isə martın 27-də təşkil olunacaq. Hər iki qarşılaşma Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.