Maksim Medvedyevin durumuna aydınlıq gətirildi

Milli komandamızın məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev, təxminən, 10 gün yaşıl meydanlardan kənar qalacaq.

Sportline.az xəbər verir ki, miliinin ilk məşqində ayaq əzələsi dartılan təcrübəli müdafiəçi, noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq.

Onun noyabrın 28-də, Avropa Liqasının qrup mərhələsinin “Sevilya” ilə İspaniyadakı görüşündə meydana çıxması da sual altındadır.