Malkom "Zenit"lə müqavilə imzaladı

"Barselona"nın futbolçusu Malkomun "Zenit"ə keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Rusiya mətbuatı bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub əlavə 5 milyon avro da bonus verəcək. Braziliyalı oyunçunun isə yeni klubunda ilinə 8 milyon avro qazanacağı bildirilib.

Qeyd edək ki, Malkom ötən mövsüm La Liqada 15 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.