Mançester şəhəri derbiyə hazırdır

Bu gün İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınan Mançester derbisi keçiriləcək.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” “Old Trafford”da “Mançester Siti”ni qəbul edəcək. Bu derbi hər iki komanda üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, növbəti mösüvmdən çempionlar liqasında çıxış etmək üçün İlk 4-lüyə düşmək vacibdir ki, bunun üçün də “qırmızı şeytanlar”ı ancaq qələbə qane edir.

Hər hansı xal itkisi Sulşerin komandasın ilk 4-lük arzularının üstündən xətt çəkə bilər. Xosep Quardiolanın komandası isə ancaq qələbə sayəsində liderliyə yüksələcək. “Mançester Siti”nin xal itkisi isə “Liverpul” azarkleşlərini sevindirəcək. Son oyununda “Everton”a böyük hesabla uduzan “Yunayted”in baş məçşqçisi Ole Qunnar Sulşer bu məğlubyyəti məhz derbidə unutdurmaq istəyir.

“Bu, azarkeşlərin qarşısında bəraət qazanmaq üçün ən yaxşı oyundur. Futbolçular da “Everton”a məğlubiyytədən sonra gərginlik içindəydilər. Amma bu derbidə qalib gəlsək, düşünürəm ki, həm azarkeşlərimizi sevindirəcəyik, həm də turnir cədvəlində vəziyyətimiz xeyli yaxşılaşdıra bilərik. Derbidə azarkeşlərimizin də dəstəyi bizimlə olacaq. Bu matçda var  qüvvəmizi ortaya qoyacağıq. Mançester derbisi futbolçuların özünü göstərmək və sübut etmək üçün ideal matçdır”.

Permyer Liqada ardıcıl 10 oyunda qalib gələn “Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola da media nümayəndələrinin önünə çıxıb. O, “Old Trafford”da çıxış etməkdən çəkinmədiklərini bildirib.

“Əvvəllər bu arenada oynamaq “Mançester Siti” üçün çox çətin idi. Amma son 10 ildə komanda çox böyüyüb. Artıq “Siti” bu arenada çıxış etməkdən çəkinmir. Düşünərəm ki, əvvəlki illərdən fərqli olaraq artıq komandaların bu arenada qələbə imkanları bərabərdir. Bizi bu gün ən yaxşı “Mançester Yunayted”in gözlədiyini bilirəm. “Yunayted” futbolçuları bu matça yaxşı kökləıniblər və ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar”.

Əlavə edək ki, Bakı vaxti ilə saat 23:00-da başlanan Mançester derbisi “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.