"Mançester Siti" 1/4 finalda
İngiltərə Liqa Kubokunun 1/8 finalında daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, "Mançester Siti" "Fulhem"i sınağa çəkib.
Görüş "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb - 2:0.
"Mançester Siti" növbəti mərhələdə "Lester" - "Sauthempton" cütünün qalibi ilə qarşılaşacaq.