"Mançester Siti" 21 yaşlı futbolçuya görə rekord məbləğ ödəməyə hazırlaşır

"Mançester Siti" klubu heyətini gücləndirməyi düşünür. SportLine.az xəbər verir ki, "şəhərlilər" "Ayaks"ın 21 yaşlı futbolçusu Frenki de Yonqun xidmətində maraqlıdır. 

"Mirror"un məlumatına görə, Premyer Liqa təmsilçisi Amsterdam klubuna 75 milyon funt-sterlinq ödəməyə hazırdır. Gənc yarımmüdafiəçinin keçidi reallaşsa, Frenkie de Yonq klub tarixinin ən bahalı oyunçusu olacaq.

Qeyd edək ki, futbolçu ilə "Barselona" da maraqlanır.