"Mançester Siti" Beynəlxalq Çempionlar Kubokuna məğlubiyyətlə başladı

ABŞ-da təşkil olunan ənənəvi Beynəlxalq Çempionlar Kuboku start götürüb. SportLine.az xəbər verir ki, açılış matçında "Mançester Siti" və Dortmund "Borussiya"sı üz-üzə gəlib.

Matçın taleyini bir qol həll edib. Mario Qötze Almaniya klubuna qələbə qazandırıb.

Bu gün keçiriləcək digər görüşdə "Bavariya" və PSJ komandaları üz-üzə gələcək.

21 iyul 2018
Beynəlxalq Çempionlar Kuboku


"Mançester Siti" - "Borussiya" (Dortmund) - 0:1
QOL: 
Mario Qötze, 28/p. (0:1)