"Mançester Siti" "Çelsi"ni məğlub edib Kuboku qazandı

İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) "Mançester Siti" mükafata sahib çıxıb.

Xatırladaq ki, ötən il də Liqa Kubokunu "Mançester Siti" qazanmışdı.