"Mançester Siti" Çempionlar Liqasında tarix yazdı

"Mançester Siti" Çempionlar Liqasının tarixinə düşüb. 

SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "şəhərlilər" 1/8 final mərhələsi çərçivəsində "Bazel"lə görüşdə 978 ötürmə ediblər. Bu, yarış tarixində ən böyük göstəricidir. 

Qeyd edək ki, Premyer Liqasında "Çelsi"yə qarşı görüşdə 902 ötürmə ilə yadda qalan "Mançester Siti" İngiltərədə də yeni rekord müəyyənləşdirib.