"Mançester Siti" çempionluğun bir addımlığında

Ötən gün İngiltərə Premyer Liqasında "Everton"u məğlub edən "Mançester Siti" çempionluğa bir addım da yaxınlaşıb.

SportLine.az xəbər verir ki, hazırda hesabında 84 xal olan "şəhərlilər" növbəti tur çempionluğu rəsmiləşdirə bilərlər. Bunun üçün "Mançester Yunayted" üzərində qələbə qazanmaq tələb olunur.

68 xalla liderin ən yaxın izləyicisi olan "qırmızı şeytanlar" məğlub olacaqları təqdirdə zirvə ilə xal fərqi 19-a yüksələcək. Son 6 turda isə bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.

Standings provided by Sofascore LiveScore