"Mançester Siti" çempionluq şansını əldən verdi

İngiltərə Premyer Liqasında növbəti tur Mançester derbisi ilə yadda qalıb. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Mançester Siti" və "Mançester Yunayted" münasibətləri birincilərin meydanında aydınlaşdırıb.

"Şəhərlilər" bu görüşdə qələbə qazanmaqla çempionluğu vaxtından əvvəl rəsmiləşdirəcəkdilər. Ancaq "qırmızı şeytanlar" buna imkan verməyiblər. Matçın gedişində iki top fərqi ilə önə keçən meydan sahibləri yekunda məğlub olublar.

"Mançester Siti" - "Mançester Yunayted" - 2:3
QOLLAR:
Kompani, 25 (1:0); Gündoğan, 30 (2:0); Poqba, 53 (2:1); Poqba, 55 (2:2); Smollinq, 69 (2:3)