"Mançester Siti" darmadağınla 1/4 finalda
İngiltərə kubokunda 1/8 finalın daha üç oyunu keçirilib.
SportLine.az xəbər verir ki, favoritlərdən - "Mançester Siti" “Nyuport”la qarşılaşıb. Görüş Premyer Liqa təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti" ilə yanaşı, "Brayton" və "Miluoll", bir gün öncə isə "Uotford" 1/4 finala adlayıb.
16 fevral 2019
İngiltərə kuboku
1/8 final
“Brayton” – “Derbi” – 2:1
QOLLAR: Knokart, 33, Lokadia, 45+2 – Koul, 81
“Uimbldon” – “Miluoll” – 0:1
QOL: Uollas, 5
“Nyuport” – “Mançester Siti” – 1:4
QOLLAR: Amond, 88 – Sane, 51, Foden, 75, 89, Mahrez, 90