"Mançester Siti" "Liverpul"la oyuna ciddi itki ilə çıxacaq
"Mançester Siti"nin əsas qol silahlarından olan Serxio Aquero Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la ilk oyununa çıxa bilməyəcək. Sportline.az xəbər verir ki, dizində zədə olan hücumçu düşərgədən kənarda qalıb. Martın 4-də baş tutan Premyer Liqa matçında - "Çelsi" ilə görüşdə zədələnən 29 yaşlı forvardın nə zaman sıraya dönəcəyi haqda məlumat yoxdur.