"Mançester Siti" "Liverpul"un məğlubiyyətsizlik seriyasını qırdı
İngiltərə Premyer Liqasında 21-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.
Çempionluğa əsas namizədlər - "Mançester Siti" və "Liverpul" münasibətləri "birincilər"in meydanında aydınlaşdırıb.
Gərgin keçən matç "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Liverpul"un Premyer Liqada məğlubiyyətsizlik seriyası qırılıb.
Qeyd edək ki, hesabında 54 xal olan "Liverpul" yenə turnir cədvəlinə başçılıq edir. "Mançester Siti"nin 50 xalı var.
03 dekabr 2018
Premyer Liqa
21-ci tur
"Mançester Siti" - "Liverpul" - 2:1
QOLLAR: Aqüero, 40 (1:0); Firmino, 64 (1:1); Sane, 72 (2:1)
Standings provided by Sofascore LiveScore