"Mançester Siti" "Napoli"i ilə razılığa gəldi

"Mançester Siti" Jorjinyonun keçidi üçün "Napoli" ilə razılıq əldə edib. SportLine.az xəbər verir ki, A Seriya təmsilçisi uzun müddət davam edən danışıqlardan sonra 26 yaşlı yarımmüdafiəçinin transferi üçün "şəhərlilər"i razı salıb.

"Mirror"un məlumatına görə, Premyer Liqa klubu "Napoli"yə 43 milyon funt-sterliq məbləğində transfer haqqı ödəyəcək.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2014-cü ildən "Napoli"də çıxış edir.