"Mançester Siti" "Real"ın futbolçusunu istəyir

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Mançester Siti" heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, Jorjinyo transferi dalana dirənən "şəhərlilər", bu dəfə "Real"ın futbolçusuna elçi düşüblər. 

"Mirror"un məlumatına görə, Premyer Liqa təmsilçisi Mateo Kovaçiçi heyətində görmək istəyir. 24 yaşlı yarımmüdafiəçi ilə danışıqlara hazırlaşan "Mançester Siti" rəhbərliyi heyətdəki boşluğu xorvatiyalı futbolçu ilə doldurmaq niyyətindədir.

Qeyd edək ki, 2015-ci ildən "Real"da çıxış edir.