"Mançester Siti" "Şaxtyor"u 50 milyona razı saldı

"Mançester Siti" heyətini gücləndirməyə hazırlaşır.

SportLine.az "Sunday Mirror"a istinadən xəbər verir ki, "şəhərlilər" Donetsk "Şaxtyor"unun futbolçusu Fredin keçidini həll etməyə yaxındır. Artıq Ukrayna klubu ilə razılığın əldə olunduğu bildirilir.

Məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin keçidi Premyer Liqa təmsilçisini 50 milyon avro xərcə salacaq.

Qeyd edək ki, 2013-cü ildən "Şaxtyor"un şərəfini qoruyan Fred Braziliya millisində də 6 oyun keçirib.