"Mançester Siti" Superkubokun qalibidir

İngiltərədə Superkubok uğrunda görüş keçirilib.

Sportline.az xəbər verir ki, Superkubok uğrunda görüşə “Mançester Siti” daha fəal başlayıb. İlk hissədə hesab açılıb. 12-ci dəqiqədə Rahim Sterlinq fərqlənib. Fasiləyədək başqa qol olmayıb.

İkinci hissədə təşəbüsü ələ alan “Liverpul” tarazlığı bərpa edib. Komandanın kamerunlu oyunçusu Joel Matip topu rəqib qapısından keçirib. 1-1.

Beləliklə, reqlamentə əsasən qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada Premyer Liqanın son çempionu “Mançester Siti” futbolçuları daha dəqiq oynayaraq baş mükafatı muzeyinə aparıb. “Şəhərlilər” ümumən 6-cı dəfə superkuboka yiyələniblər.