"Siti" yağışdan çıxıb yağmura düşdü, "Liverpul"la "Tottenhem" yarımfinalda

Bu gün UEFA Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşib. 

Sportline.az xəbər verir ki, İngiltərə dueli daha böyük maraqla gözlənilirdi. İlk oyunda 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma meydanda məğlubiyyətin əvəzini çıxmaq niyyətində idi. Tapşırıq aydın idi: Qapını toxunulmaz saxlamaqla ən azı bir qol vurub məsələnin həllini overtayma daşımaq. Və ya, ən azı iki top fərqi ilə qələbə qazanmaq. Amma "Siti" 4 qol vursa da, buraxdığı 3 qola görə mübarizəni dayandırıb.

İngiltərənin digər təmsilçisi  - "Liverpul" bu gecə "Portu"nun qonağı idi. "Enfild"də rəqibi iki cavabsız qolla cəzalandıran mersisaydlılar cavab görüşündə üstünlüyü qorumalıydılar "Portu"nun doğma meydanda daha inamlı təsir bağışladığını nəzərə alsaq, oyunun gərgin keçəcəyi şübhə doğurmurdu. Lakin, 4:1 hesabıyla qalib gələn "Liverpul" yarımfinala yüksəlib.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel

"Mançester Siti" (İngiltərə) 4:3 "Tottenhem" (İngiltərə)
Qollar: 
Rahim Sterlinq, 4 (1:0), Hun-Min Son, 7 (1:1), 10 (1:2), Bernardo Silva, 11 (2:2), Rahim Sterlinq, 21 (3:2), Serxio Aqüero, 59 (4:2), Fernando Lyorente, 73 (4:3).
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester."City of Manchester Stadium"
İlk oyun: 0:1

"Portu" (Portuqaliya) 1:4 "Liverpul" (İngiltərə)
Qol: Sadio Mane, 26 (0:1), Məhəmməd Salah, 65 (0:2), Eder Militao, 69 (1:2), Roberto Firmino, 77 (1:3), Vircil van Deyk, 84 (1:4).
Baş hakim: Danni Makkeli (Hollandiya)
Portu."Estadio do Dragao"
İlk oyun: 0:2.