"Roma" və "Liverpul" yarımfinalda!
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, keçiriləcək oyunlardan sonra yarımfinalın ilk iki iştiakçısı müəyyənləşəcək.
Ötən həftə inamlı qələbə qazanan "Barselona" və "Liverpul" mərhələ adlamağa daha yaxın görünür. "Roma" katalonlarla görüşdə, "Mançester Siti" isə "mersisaydlılar"la dueldə möcüzəyə ümid edir.
"Roma"nın vuracağı 3 cavabsız qol "canavarlar"ı növbəti mərhələyə daşıyacağı halda, "şəhərlilər" 3:0 hesablı qələbə ilə cütün taleyini əlavə vaxta aparacaqlar.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
10 aprel 2018
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
"Roma" - "Barselona" - 3:0
QOLLAR: Edin Dzeko, 6 (1:0); De Rossi, 58/p. (2:0); Konstantinos Manolas, 82 (3:0)
İLK OYUN: 1:4
"Roma": Alisson (Q), Xuan Jesus, Fazio, Manolas, Florentsi, Nainqqolan, De Rossi (K), Strootman, Kolarov, Patrik Şik, Edin Dzeko;
Ehtiyat oyunçular: Skorupski (Q), Bruno Peres, Qonalons, Jerson, Cengiz Ünder, Pelleqrini, El Şaaravi;
Baş məşqçi: Eusebio Di Françesko
"Barselona": Ter-Şteqen (Q), Semedo, Pike, Umtiti, Alba, Serxi Roberto, Rakitiç, Buskets, İnyesta (K), Messi, Suarez;
Ehtiyat oyunçular: Sillessen (Q), Fermalen, Denis Suarez, Paulinyo, Andre Qomeş, Alkaser, Dembele;
Baş məşqçi: Ernesto Valverde
Baş hakim: Klemen Turpin
Köməkçi hakimlər: Nikolas Danos, Kiril Qrinqore
Dördüncü hakim: Hikam Zakrani
Əlavə köməkçi hakimlər: Rudi Buke, Nikolas Reynvil (hamısı Fransa)
"Mançester Siti" - "Liverpul" - 1:2
QOLLAR: Qabriel Jesus, 2 (1:0); Mohamed Salah, 56 (1:1); Firmino, 77 (1:2)
İLK OYUN: 0:3
"Mançester Siti": Ederson (Q), Kayl Uolker, Laporte, De Bröyn, Fernandinyo, Sterlinq, Bernardo Silva, David Silva (K), Leroy Sane, Qabriel Jesus;
Ehtiyat oyunçular: Bravo (Q), Delf, Kompani, Jinçenko, Gündoğan, Foden, Aqüero;
Baş məşqçi: Pep Quardiola
"Liverpul": Karius (Q), Aleksandr-Arnold, Deyan Lovren, Van Dayk, Robertson, Oksleyd-Çemberleyn, Milner (K), Vaynaldum, Salah, Firmino, Mane;
Ehtiyat oyunçular: Minyole (Q), Moreno, Nataniel Klayn, Klavan, İnqs, Vudbörn, Solanke;
Baş məşqçi: Yürgen Klopp
Baş hakim: Antonio Mateu Layoz
Köməkçi hakimlər: Pau Sebrian Devis, Roberto del Palomar
Dördüncü hakim: Teodor Sobrino
Əlavə köməkçi hakimlər: Karlos Del Serro, Alexandro Hernandez (hamısı İspaniya)