"Mançester Siti" yenidən liderliyə yüksəldi

Futbol üzrə İngiltərə çempionatında 37-ci turun son oyunları olub.

Sportline.az xəbər verir ki, sona 1 tur qalsa da, hələ də çempion müəyyənləşməyib. “Liverpul”la çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” doğma meydanda “Lester”i qəbul edib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən Xosep Quardiolanın komandası fasiləyədək fərqlənmək üçün bir neçə imkan qazanıb. Lakin qonaqlar güclü müqavimət göstəriblər. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumlarını daha da gücləndirən “şəhərlilər” istəklərinə nail olublar. 70-ci dəqiqədə Vensan Kompaninin uzaq məsafədən zərbəsi qolla nəticələnib.

Minimal hesabla qələbə qazanan “Mançester Siti” 95 xalla yarış cədvəlinin lideridir. Onun ən yaxın izləyicisi “Liverpul”un hesabında 94 xal var. “Lester” isə 51 xalla 9-cudur.