"Mançester Siti"dən 5 cavabsız qol

"Mançester Siti" 2019/2020 mövsümündə İngiltərə Premyer Liqasında ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Pep Qvardiolanın komandası ilk turda səfərdə "Vest Hem"lə qarşılaşıb. Matç son çempion "Mançester Siti"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Vest Hem" - "Mançester Siti" - 0:5
Qollar: Qabriel Jezus, 25, Rahem Sterlinq, 51, 75, 90, Serxio Aquero, 86-pen