"Mançester Siti"dən 650 milyonluq müqavilə

"Mançester Siti" klubu "Puma" şirkəti ilə müqavilə bağlayıb. SportLine.az xəbər verir ki, razılaşmaya görə, növbəti 10 ildə "Puma" Premyer Liqa təmsilçisini geyim dəsti ilə təmin edəcək. Əvəzində, şirkət kluba 650 milyon funt-sterlinq ödəyəcək. 

Qeyd edək ki, bir neçə gün öncə "Mançester Yunayted" "Adidas" şirkəti ilə bənzər müqaviləyə qol çəkib. 2029-cu ildə bitəcək müqavilənin şərtlərinə əsasən, 940 milyon avro müqabilində "qırmızı şeytanlar"ın geyim dəstini "Adidas" hazırlayacaq.