"Mançester Siti"dən Sterlinqə yeni təklif
"Mançester Siti" Rahim Sterlinqlə müqavilə yeniləməyə hazırlaşır.
SportLine.az ESPN agentliyinə istinadən xəbər verir ki, "şəhərlilər" mövsümün sonunadək futbolçu ilə yeni müqavilə imzalamaq niyyətindədirlər.
Yeni müqavilədə futbolçunun maaşı və transfer üçün təzminat məbləğinin artacağı gözlənilir.
Qeyd edək ki, R.Sterlinqin hazırkı müqaviləsi 2020-ci ilin yayınadəkdir.