"Mançester Siti"dən təəccüblü nəticə

İngiltərə Premyer Liqasının dünən keçirilən “Mançester Siti” – “Çelsi” matçında Xosep Qvardiolanın komandası qələbə qazansa da (2:1), bir statistik göstərici təəccübə səbəb olub.

Sportline.az xəbər verir ki, “Opta” statistik səhifəsi bu görüşdə “Siti”nin cəmi 46 faiz topa sahib olduğunu yazıb.

Qeyd edək ki, Qvardiola topa daha çox sahib olma və pas oyunuyla məşhurlaşıb. “Siti”nin dünənki oyunu isə Pepin indiyədək çalışdırdığı bütün klubların liqalardakı ümumi matçlarında (381 oyun) topa ən az sahib olma göstəricisi olub.

Qarşılaşmadan sonra bununla bağlı sualı Qvardiola belə cavab verib: “Həyatda belə şeylər olur. Bir matçı da topa daha az sahib olmaqla qazanaq”.