"Mançester Siti"dən "Tottenhem"ə alqışa layiq hərəkət

Çempionlar Liqasında "Mançester Siti" - "Tottenhem" (4:3) görüşündən sonra "şəhərlilər" alqışa layiq hərəkətlə yenidən gündəmə gəliblər.

Sportline.az xəbər verir ki, "Mançester Siti"nin sosial şəbəkədəki rəsmi səhifəsi maç bitdikdən sonra "Tottenhem"in paylaşımına "Təbrik edirik və uğurlar arzulayırıq" deyə rəy bildirib. "Siti" bu hərəkətlə rəqib komandanın azarkeşlərinin rəğbətini qazanıb.