"Mançester Siti"dən yeni transfer

"Mançester Siti" "Atletiko"dan Rodri Hernendesi transfer etdiyini rəsmən açıqlayıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu transfer üçün İngiltərə təmsilçisi Madrid klubuna 70 milyon avro təzminat ödəyib. Rodri ötən mövsüm La Liqada 34 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib. Onun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayına qədər idi.