"Mançester Siti"nin futbolçusu "Volfsburq"a keçdi

“Mançester Siti” futbolçusu Lukas Nmeçanı icarəyə göndərib.

Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçu 2019/20 mövsümünü icarə əsasında “Volfsburq”da keçirəcək. Bu barədə məlumatı Bundesliqa təmsilçisinin rəsmi saytı yayıb.

“Mançester Siti”nin yetirməsi olan Nmeça son mövsümdə Çempionşip təmsilçisi “Preston”da icarə əsasında çıxış edib.