"Mançester Yunayted" 19 yaşlı futbolçunu istəyir
Dortmund "Borussiya"sının futbolçusu Kristian Pulişiç "Mançester Yunayted" klubunun hədəfindədir. SportLine.az "Mail"ə istinadən xəbər verir ki, ABŞ millisinin üzvü də İngiltərəyə köçməyi arzu edir.
Məlumata görə Bundesliqa klubu yarımmüdafiəçinin keçidinə mane olmaq istəmir. Hazırda tərəflər arasında danışıqlar aparılır. Razılıq əldə olunsa, K.Pulişiç yeni mövsümdən "Mançester Yunayted"in şərəfini qoruyacaq.