"Mançester Yunayted" 19 yaşlı futbolçuya "elçi düşdü"

"Mançester Yunayted" heyətini gənc ulduzla gücləndirmək niyyətindədir. SportLine.az "Talksport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Benfika"nın 19 yaşlı yarımmüdafiəçisi Joao Feliksin xidmətində maraqlıdır. 

Məlumata görə, Premyer Liqa klubunun futbolçunu izləmək üçün göndərdiyi skaut heyəti onun "Benfika" - "Boavişta" görüşündəki çıxışını nəzərdən keçirib. Skautların J.Felikslə bağlı müsbət rəy verdiyi bildirilir. 

"Mançester Yunayted" klubunun futbolçunu cari mövsümün sonunda heyətinə qatmaq istədiyi qeyd olunur.