"Mançester Yunayted" aşağı liqa təmsilçisinə məğlub oldu
İngiltərə Federasiya Kubokunda keçirilən "Mançester Yunayted" - "Derbi Kaunti" görüşündə aşağı liqa təmsilçisi qələbəyə sevinib. SportLine.az xəbər verir ki, əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşdə cütün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada "Derbi Kaunti" futbolçuları daha dəqiq olublar: 8:7.