"Mançester Yunayted" "Barselona" qarşısına itkilərlə çıxacaq

"Mançester Yunayted" bu gün ÇL-in 1/4 final mərhələsində "Barselona"nı qəbul edəcək.

Sportline.az xəbər verir ki, heyətlərdə cəzalı futbolçu olmasa da, rəqiblər zədə sarıdan əziyyət çəkirlər.

Bu sözləri daha çox Mançester Yunaytedə aid etmək olar. Qırmızı şeytanlardan Erik Bayi, Antonio Valensiya, Mateo Darmian və Aleksis Sançes bu səbədən matçı kənardan izləyəcək.

Ander Errera ilə Markus Reşfordun meydana çıxacağı isə, sual altındadır.

Katoloniyalılardan isə, yalnız Usman Dembelenin durumu tam aydın deyil.