"Mançester Yunayted" Beyllə danışıqlara hazırlaşır
"Mançester Yunayted" "Real"ın futbolçusu Qaret Beyllə danışıqlara hazırlaşır.
SportLine.az xəbər verir ki, Joze Mourinyo uelsli hücumçunun transferində israrlıdır. "Sun"un yaydığı məlumata görə, "qırmızı şeytanlar" Q.Beyl üçün 200 milyon funt-sterlinq ödəməyə hazırdırlar.
Xatırladaq ki, bi müddət öncə "Mançester Siti" də futbolçunun keçidində maraqlı olsa da, hazırda "şəhərlilər"in planlarında dəyişiklik etdiyi deyilir. Bu isə Q.Beyl üçün təklif olunan təzminat məbləğinə təsir edə bilər.
Qeyd edək ki, "Guardian" nəşri "Mançester Yunayted"in Dünya çempionatınadək 28 yaşlı futbolçu ilə razılıq əldə etməyi planlaşdırır.